Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir

Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə  görüşü keçirilmişdir
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə  görüşü keçirilmişdir

Yanvarın 18-də Hövsan Mədəniyyət Sarayının qarşısında 30 saylı Suraxanı              I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  Fətəliyeva Sevinc Həbib qızının  Hövsan seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində növbəti görüşü keçirildi.

 

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüqar Seyidov, C.Xanməmmədov küçəsindən olan 270 nəfərdən çox sakin iştirak etdi.

 

Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ölkəmizdə son illərdə aparılan islahatlardan bəhs etdi.

Daha sonra  çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva növbəti dəfə ona göstəriləcək etimadı yenidən doğruldacağına və qarşıda duran məsələlərlə bağlı Hövsan sakinlərinin səsinə səs olacağını bildirdi .

 

Görüşdə iştirak edən qəsəbə sakinlərindən Loğman Abdullayev , MaşAllah Məftun, qəsəbə ağbilcəyi Minayə xanım,Solmaz Əhmədova parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirərək namizədə uğurlar dilədilər.

            Görüş zamanı Sevinc Fətəliyeva  sakinlər tərəfindən səsləndirilmiş müraciətlərə münasibət bildirərək, onları narahat edən problemlərlə bağlı aidiyyəti üzrə qrumlar qarşısında məsələ qaldıracağını qeyd etdi.