Əli Kərimlinin troll dəstəsi özünü ifşa etdi

Əli Kərimlinin troll dəstəsi özünü  ifşa etdi
Əli Kərimlinin troll dəstəsi özünü  ifşa etdi

AXCP sədrinin siyasi iflası yaxnılaşır

 

Dünyanın inkişaf etmiş ölkələrində hakimiyyət konstrktiv müxalifətin olmasında maraqlıdır. Ona görə ki, müxalifətsiz cəmiyyət inkişafsız cəmiyyətdir . Adətən konstruktiv müxalifət hakimiyyətin qüsurlarını kənardan aydın görüb onu şərh edir, təkliflər verir, seçkilərdə rəqibinə qarşı bu faktlardan yararlanaraq sivil şəkildə mübarizə aparır.

 

Təbii ki Azərbaycanda da belə müxalifətin formalaşması mövcud hakimiyyətin istəyidir. Çünki bu, ölkənin demokratik inkişafı üçün vacib şərtlərdən biridir. Lakin xaricdəki və daxildəki antiazərbaycan qüvvələr ölkəmizdə sivil müxalifətin yaranmasına deyil, dağıdıcı müxalifətin formalaşmasına nail olublar.

 

Belə ki, AXCP sədri Əli Kərimli və onun inhisarında olan qondarma “Milli Şura” xarici maliyyyə vəsaitləri hesabına dövlətimizə və onun milli mənafelərinə qarşı zərərli addımlarını bu gün də davam etdirirlər. Bu dağıdıcı siyasi təşkilatların fəaliyyəti və xarakteri imkan vermir ki, onlar ciddi sosial baza toplamaqla seçkilərdə müsbət nəticələrə nail olsunlar.

 

Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çıxıb. Yəni, bu partiyalar demokratiyadan dəm vursalar da əslində, burada çoxluğun azlıq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 19 ildir ki, AXCP sədridir. Bu 19 ildə onun ideologiyasında, siyasi texnologiyalarında, cəmiyyətə sivil baxışlarında heç bir proqressiv dəyişiklik yoxdur. 

 

Eyni zamanda bu da biabrçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusilə də bir neçə seçkidə məğlub olan partiya sədri dərhal istefa verərək ya siyasətdən, ya da ki, partiya rəhbərliyindən uzaqlaşır.

 

Digər tərəfdən, dağıdıcı müxalifət partiyalarının kadr potensialı o qədər zəifdir ki, hətta onların funksionerlərini cəmiyyətin böyük qismi tanımır. Çünki dağıdıcı düşərgənin rəhbərləri cəmiyyəti cəlb edəcək alternativ proqramlarla çıxış etmək gücündə də deyillər. Sanki onların vəzifələri sadəcə, hakimiyyətə böhtan atmaq, olanların hətta ən yaxşı işlərinə kölgə salmaqdır.

 

Bundan başqa, Əli Kərimli indi öz siyasi varlığını troll dəstəsi ilə sosial şəbəkədə yaşatmaq istəyir. Onun bu dəstəsi sözün həqiqi mənasında Əli Kərimlinin muzdlu qulları kimi çıxış edirlər. Budur bu rəzilliyə dair mötəbər bir fakt: AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səsyazısı Əli Kərimlinin troll şəbəkəsini ifşa edib.

 

Səs yazısında aydın şəkildə etiraf olunur: “Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki daşıya bilmirəm. Sadəcə protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada. Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy qaçırıq ora-bura. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız? İsgəndər bəy deyir mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə get harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nəsə alındı. Bezdirmisiz artıq, mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm. Bəs nə işlə məşğulsuz. İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmasa gəl Əli bəyin statusunun altında yaz. Vasif bəy, bəs sən hardasan? Heç olmasa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütvi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?”.

 

Bununla da Əli Kərimlinin troll dəstəsinin rəzil kimliyi və xarakteri tam aydın görünmüş oldu. Təbii ki, Kərimli birdəfəlik dərk etməlidir ki, avara, bivec gəncləri özünün səhifəsinə zorla cəlb etməklə siyasətdə qalmaq olmaz. Bu artıq siyasi iflasın sonudur.

 

Elçin Zaman, “İki sahil”