Marina Rozenfeld: Bəzən ölkələrdə təhsilin gündəlik həyatdan təcrid olunduğu müşahidə edilir

Marina Rozenfeld: Bəzən ölkələrdə təhsilin gündəlik həyatdan təcrid olunduğu müşahidə edilir
Marina Rozenfeld: Bəzən ölkələrdə təhsilin gündəlik həyatdan təcrid olunduğu müşahidə edilir

IAEA 2019 beynəlxalq konfransından öncə keçirilən praktik məşğələdə müzakirə olunan mövzulardan biri də şagirdlərin imtahan cavablarını qiymətləndirərkən tətbiq edilən meyarlar haqqında olub.

Bunu IAEA-2019 forumunun iştirakçısı Marina Rozenfeld AZƏRTAC-a müsahibəsində deyib.

“Mən təhsil eksperti kimi Bakıda, Moskvada və İsraildə çalışıram. Bir çox ölkələrdə şagirdlərin yaşam tərzini müşahidə edərkən təhsilin gündəlik həyatdan təcrid olunduğunu görürəm. Xoşuma gələn cəhət odur ki, IAEA 2019-da elmə dərindən yiyələnən məktəblilərin həyatda qarşılaşdıqları problemlərin həllində bilik və bacarıqların roluna dair müzakirələr aparılır. Dünyanın 70-ə yaxın ölkəsində şagirdlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi ilə məşğul olan PISA təşkilatı var. Bu qurumun təcrübəsinin paylaşılması konfrans iştirakçıları üçün də faydalıdır”, - deyə M.Rozenfeld əlavə edib.