“Mənim şəhidim” layihəsi yekunlaşıb

“Mənim şəhidim” layihəsi yekunlaşıb
“Mənim şəhidim” layihəsi yekunlaşıb

“Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2019-cu il üçün 1-ci qrant müsabiqəsinin qalibi olmuşdur.

Qalib layihə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz izini qoymuş aprel şəhidlərinin şücaəti və qəhrəmanlığından bəhs edən “Mənim şəhidim” adlı tamaşadır.

Tamaşa “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə həyata keçirilmişdir. Tamaşa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Odlar Yurdu” Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində nümayiş olunmuşdur.

Tamaşanın məqsədi – gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq, aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliğidir.

Tamaşanın rejissoru Respublikanın xalq artisti Vaqif Əsədov, ssenaristi şairə Leyla Bəyimdir.