Newborn fotosessiyaları demək olar ki bütün valideynləri sözün yaxşı mənasında həyəcanlandırır və izləyici olan hər kəsdə təbəssüm yaradır

 Newborn fotosessiyaları demək olar ki bütün valideynləri sözün yaxşı mənasında həyəcanlandırır və izləyici olan hər kəsdə təbəssüm yaradır
 Newborn fotosessiyaları demək olar ki bütün valideynləri sözün yaxşı mənasında həyəcanlandırır və izləyici olan hər kəsdə təbəssüm yaradır

Son ayların populyar foto nümunələrindən olan Newborn fotosessiyaları demək olar ki bütün valideynləri sözün yaxşı mənasında həyəcanlandırır və izləyici olan hər kəsdə təbəssüm yaradır. Bununla bağlı hamıya maraqlı gələcək sualları işinin peşəkarı olan Günel xanıma verdik. Günel xanımın müsahibəsini sizlərə təqdim edirik:

-Sizcə fotoların gözəl alınması üçün üç əsas şərt hansıdır?

Fotoların gözəl alınması üçün şərtlər çoxdu. Çünki gözəl foto hərtərəfli zəhmət və bu sahə ilə bağlı praktik biliklər tələb edir. Amma fikrimcə ən əsas üç şərt sevgi,həvəs və səbrdir.

-Fotosesiya zamanı dekor,körpənin geyimləri daha çox önəm daşıyır yoxsa fotoqrafın peşəkarlığı?

Əslində bunlar bir birinə bağlıdır. Çünki peşəkar fotoqrafın çəkdiyi fotoları qurulmuş dekprasiya daha da effektiv edir,eyni zamanda dekorasiyanın qeyri adiliyini də ortaya çıxara bilmək üçün fotoqrafın peşəkarlığı tələb olunur.

-Yeni doğulmuş körpələrlə işləmək daha asandır yoxsa böyüklərlə?

Körpələrlə işləmək hər nə qədər maraqlı və zöbq verici olsa da,bir o qədər çətindir. Bir fotonun alınması üçün ortalama 20 dəqiqə vaxt tələb olunur..

-Obyektiv qarşısındakı şəxs yeni doğulmuş körpə olduqdan sonra bütün fotoqraflar asanlıqla keyfiyyətli iş ortaya qoya bilər?

Demək olar ki bir çox fotoqrafların öz sahələri var,toy,nişan,fərdi çəkilişlər və s. Newborn fotosessiyalar üçün masterklaslarda iştirak və xüsusi təhsil şərtdir.

-Newborn ve maternity fotosesiyalardan başqa,bu sahəni başqa hardasa tətbiq etmək istəmisiniz?

Təbii ki fotoqraflar hər cür çəkilişi bacarmalıdırlar. Lakin fotoqraflığın xüsusi bir sahəsinə yönəlmək üçün onunla bağlı olan hansısa bir şeyə maraq lazımdır. Mənim ən böyük həvəs və marağım isə ən çox körpələrədir. Bu sahədə irəliləmək istəyirəm. Günel xanımın photography_gunel instagram səhifəsində onun əl işləri ilə ətrafll tanış ola bilərsiniz. Bir neçə möhtəşəm fotonu sizlərə təqdim edirik