Özümüzü xoşbəxt hiss etdiyimiz günlər evimizin bir kənarında çərçivədən boylanan fotolarda əks olunur

Özümüzü xoşbəxt hiss etdiyimiz günlər evimizin bir kənarında çərçivədən boylanan fotolarda əks olunur
Özümüzü xoşbəxt hiss etdiyimiz günlər evimizin bir kənarında çərçivədən boylanan fotolarda əks olunur

Özümüzü xoşbəxt hiss etdiyimiz günlər evimizin bir kənarında çərçivədən boylanan fotolarda əks olunur. Məhz elə bu səbəbdəndir ki,özəl günləri fotolarda əbədiləşdiririk. Nəzərə alsaq ki müasir smartfonlar yüksək keyfiyyətə malik fotoları əl çatan edir,hamıda bu sahəyə maraq yaranır. Amma bir şeyi də unutmayaq ki,əsas olan fotonu aparatın yaddaşına köçürmək yox,həmin anı ən gözəl rakurskdan ən iddialı fonda peşəkarcasına çəkə bilməkdi. Xəbərim İnformasiya Agentliyi bu dəfəki foto rubrikasında "photography_gunel" adı ilə seçilən Günel xanımdan bu sahəyə qədər addımladığı yol barədə fikirlərini aldı. Zənnimizcə öz ayaqları üzərində duraraq məqsədinə doğru irəliləyən hər bir kəs mütləq bir gün işinin peşəkarına çevrilir. Eynilə müsahibimiz kimi. O bir daha sübut etmiş olur ki,fotoqraflıq peşəsinə yiyələnənlərin bu sahə ilə bağlı təhsili şərt olmaqla yanaşı əsas olan kadrdan əks olunan sevgini və körpənin məsumluğunu göstərə bilməkdi. Ən önəmlisi isə Günel xanım bu sahədə geniş dünya görüşü və dostlar qazandığını bildirdi. Bir insan üçün yiyələndiyi peşədə bundan gözəl an ola bilməz,hansı ki insanların ən xoşbəxt günlərinə şərik olur və yaddaşa yazırlar.