"Paşinyanın dediyindən fərqli olaraq, 2050-ci ildə Ermənistan əhalisinin sayı 2,3 milyon olacaq" — Deputat

"Paşinyanın dediyindən fərqli olaraq, 2050-ci ildə Ermənistan əhalisinin sayı 2,3 milyon olacaq" — Deputat
"Paşinyanın dediyindən fərqli olaraq, 2050-ci ildə Ermənistan əhalisinin sayı 2,3 milyon olacaq" — Deputat

"Ermənistanın işğalçılıq siyasəti ölkədə hərtərəfli böhrana səbəb olub. Bu gün Ermənistan sosial-iqtisadi, siyasi böhranla yanaşı humanitar böhranla üzləşib. Artıq Ermənistanda demoqrafik vəziyyət təhlükəli həddə çatıb. Bunu Ermənistana rəhbərlik edən şəxslər də görür və çıxış yolunu arayırlar. Ancaq onlar da etiraf edirlər ki, Ermənistanın üzləşdiyi problemlər demoqrafik vəziyyət barəəd optimist proqnozlara əsas vermir. O baxımdan da baş nazir Nikol Paşinyanın Ermənistan 2050 – Strateji İnkişaf sənədində irəli sürdüyü digər məsələlrələ yanaşı, əhalinin 2050-ci ildə əhalinin sayının 5 milyona çatdırılması barədəki tezisi qeyri-ciddi fikirdir. Bunun arxasında ciddi arqument dayanmır”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva  deyib.

Onun sözlərinə görə,  Paşinyan belə populist, qeyri-ciddi fikirlər səsləndirməklə bir tərəfdən  reytinq qazanıb, hakimiyyətdəki mövqeyini möhkəmlətməyə çalışırsa, digər tərəfdən onun belə fikirləri ironiya ilə qarşılanıb, gülüş doğurur. “ Paşinyanın belə ciddi arqumentlərə söykənməyən fikirləri onun hakimiyyətdəki mövqeyinin daha da laxlamasına yol açır. Çünki onun  Ermənistanın əhalisinin 2050-ci ildə 5 milyona nəfərə çatdırılması ilə bağlı səsləndirdiyi fikirlər, digər rəsmilərin və beynəlxalq qurumların səsləndirdiyi fikirlərlə ziddiyət təşkil edir. 

Ermənistan rəsmi statistikasına görə, son 8 ildə doğum səviyyəsi aşağı enməkdədir və bu bir geriyədönməz proses alıb. Hansı ki, erməni nazirlər də bunu qeyd edir və narahatçılıqlarını açıqca dilə gətirirlər. Hökumətdən bunun qarşısının alınması üçün  təcili tədbirlər görməsini təklif edirlər. Biz son bir neçə  ildə Ermənistanda doğum statistikasına nəzər salsaq, dediklərimizi əyani sübut edə bilərik.  2018-ci ildə Ermənistanda  35 min 502, 2017-ci ildə 37,7 min, 2016-ci ildə  40 min 592, 2015-ci ildə 41 min 763 uşaq dünyaya gəlib.

Digər bir məqam ölkədən  çıxan insanların çoxu geri qayıtmır. Məsələn, 2017-ci ildə ölkəni tərk edən insanların 40 minə yaxını geri dönməyib və ölkəni birdəfəlik tərk edib. Burada onu da qeyd etmək lazımdır ki, ölkəni tərk edənlərin böyük əksəriyyətini əmək qabliyyəti olan gənclər  və ailəli insanlar təşkil edir.  Son illərdə məktəbli yaşında olan uşaqların ailələri ilə birlikdə ölkəni tərk etməsi Ermənistanda ciddi narahatçılığa səbəb olub.
Növbəti bir faktı qeyd edim. Dünya Bankının Ermənistan Statisika Komitəsinin nəticələrinə əsaslanan göstəricilərinə görə, 1991-ci ildə Ermənistan əhalisinin sayının 3,505 258 nəfər olmasına baxmayaraq, 2018-ci ildə  bu say azalaraq  2,951 776 nəfər təşkil edib. Amma məntiqə görə say 4 milyondan yuxarı olmalı idi.

Daha bir fakta diqqəti çəkərək demək istərdim ki, bu gün ölkədəki yaşlıların sayı gənclərin sayını ötməkdədir. Bu isə o deməkdir ki, ölkədə yaşlaşma gedir. Yəni 50 yaşdan yuxarı olan insanların çoxluq təşkil edir.  Ölənlərin sayı doğulanlardan üstünlük təşkil edir. Bu gün Ermənistanda kişilərin sayı sürətlə azalır. Bunun bir sıra səbəbləri var. Birincisi, ölkədki sosial-iqtisadi vəziyətin pis olması, işsizlik onları ölkəni tərk etməyə vadar edirsə, digər bir səbəb də müharibə faktorudur. Erməni anası övladının bu mənasız müharibədə ölməsini istəmədiyindən ölkədən çıxarır. Bura  erməni gənclərin üzləşdiyi maddi sıxıntılara görə ailə qurmamasını əlavə etsək, o zaman Paşinyanın dediklərinin əksini sübut edir”- millət vəkili qeyd edib.

 Deputat onu da əlavə edib  ki, BMT-nin İqtisadi və Sosial Münasibətlər departameninin əhali bölgüsü haqda açıqlamasına görə yaydığı hesabata da nəzər salsaq, o zaman Paşinyanın dediklərinin yalan olduğunu açıq-aydın görərik.  “BMT-nin İqtisadi və Sosial Münasibətlər departameninin əhali bölgüsü haqda açıqlamasına görə 2050-ci ildə Ermənistan əhalisinin sayı orta proqnozlara əsasən, 2,397 min olacağı proqnozlaşdırılır. Bu Paşinyanın və digər ermənilərin arzusu ola bilər. Ancaq reallıq və ölkənin üzləşdiyi durum tamamilə bunun əkisini sübut edir.

 Ermənistanın üzləşdiyi böhranlı demoqrafik vəziyyətin bir səbəbi var. O da işğalçılıq siyasəti və qonşularına qarşı ərazi iddiası irəli sürüb, mehriban qonşuluq münasibətində olmamasıdır. Ermənistan nə qədər ki, işğalçılıq siaysətindən əl çəkməyib, bu ölkəni hələ daha ciddi problemlər gözləyir.

 Son olaraq onu demək istərdim ki, Paşinyanın Ermənistan 2050- İnkişaf Strategiyasında nəzərdə tutulan ideyalar populizm və nağıldan başqa bir şey deyil. Orada nəzərdə tutulan tezizləri həyata keçirməyin heç nəzəri cəhətdən mümkün deyil, nəinki praktik. Paşinyan sadəcə bu yolla erməni cəmiyyətinin başı altına yastıq qoymaq istəyir. Artıq onun bu fikirləri cəmiyyətdə ikrah hissi ilə qarşılanır, gülüş obyektinə çevrilir”- S.Fətəliyeva bildirib.