Prezidentin göndərdiyi qanun layihəsi müzakirəyə çıxarılır

Prezidentin göndərdiyi qanun layihəsi müzakirəyə çıxarılır
Prezidentin göndərdiyi qanun layihəsi müzakirəyə çıxarılır

Əmanətlərin sığortalanması müddətinin uzadılması barədə qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub.

Qeyd edək ki, 4 mart 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən əmanətin tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanılıb. Bu şərtlər çərçivəsində, 4 mart 2016-cı il - 4 mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub./Azvision