ÜST-ün ekspertlər qrupu Azərbaycana gəldi

ÜST-ün ekspertlər qrupu Azərbaycana gəldi
ÜST-ün ekspertlər qrupu Azərbaycana gəldi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu Azərbaycana gəlib.

Nümayəndə heyətinin bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanın Nazirlər Kabinetinin qərarı ilə dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.