YAP seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib

YAP seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib
YAP seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib

Oktyabrın 2-də Yeni Azərbaycan Partiyası (YAP) seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib.

 

Xeberim.az xəbər verir ki, YAP seçki qərargahının Pirallahı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Hikmət Şikarov 2019-cu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyət proqramına uyğun olaraq ilkin mərhələdə görüləcək işlər barədə məlumat verib. Hazırda YAP üzvü olan bələdiyyə üzvlərinin təhlilinin aparılması və onların arasından gələcək namizədlərin müəyyən edilməsi ilə bağlı göstərişlərini verib.

 

YAP seçki qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov ərazinin sosial-iqtisadi problemlərinin və əhalinin xüsusiyyətlərinin öyrənilməsi - əhalinin məşğulluğu, seçki məntəqələrinin ərazisində problemlərin mövcudluğu, seçki məntəqələrinin ərazisində yaşayan seçicilər arasında nüfuzlu şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.

 

Partiyanın seçki qərargahının Pirallahı rayon şöbəsinin üzvü Daməd İmanov çıxış edərək seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlərin növbəti iclasda müzakirə olunması barədə təklif verib.

 

YAP seçki qərargahinin Pirallahı rayon şöbəsinin üzvü Əli Kərimov seçki məntəqələrinin seçkiyə hazırlıq vəziyyətlərinin araşdırlması ilə bağlı monitorinqin keçirilməsini təklif edib.

 

Sonda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı fəallarının işinin təşkil edilməsi və koordinasiyası ilə bağlı qərar qəbul edilib.